Five Nights at Freddy's

Five Nights at Freddy's
YaradıcılarSkott Kouton
NəşrçilərScottGames
Clickteam
Illumix
BəstəkarlarLeon Riskin
Allen Simpson
PlatformalarMicrosoft Windows
PlayStation 4
PlayStation 5
Xbox One
Xbox Series X/S
Nintendo Switch
iOS
Android
Oculus Quest
Oculus Quest 2
Google Stadia
İlk buraxılışFive Nights at Freddy's
8 avqust 2014) (2014-08-08)
Son buraxılışFive Nights at Freddy's: Security Breach: Ruin
25 iyul 2023) (2023-07-25)

Five Nights at Freddy's (FNaF) — Skott Kouton tərəfindən yaradılmış videooyunlar seriyası və media franşizası. FNaF video oyun seriyası 8 avqust 2014-cü ildə ilk seriyasının buraxılmasından sonra böyük populyarlıq əldə etmişdir.

Videooyunların əsas seriyası doqquz oyundan ibarətdir. Oyunlar "Freddy Fazbear's Pizza" adlı ailəvi pizza restoranlarında keçir. Restoran öz adını baş qəhrəman Freddy Fazbear adlı animatronik ayıdan alır. Bir çox oyunda oyunçular restoran və ya əyləncə parkı kimi bir yerdə gecə növbəsində çalışan işçi vəzifəsini öz üzərinə götürürlər. Gecələr bu yerlər canlanan və işçiyə zərər verməyə çalışan animatronik personajlarla dolur. Oyunçuların özünü qorumaq üçün istifadə edə biləcəkləri təhlükəsizlik kameraları, işıqlar, qapılar və havalandırma dəlikləri kimi bir çox alətləri olur. Kameralara nəzarət etməklə və bu alətlərdən ağıllı istifadə etməklə, oyunçular animatroniklərin ofisə girməsinin qarşısını almalıdırlar. Oyunun hekayəsi, oyunda tapılan səs yazıları, mini oyunlar və gizli sürprizlər (pasxa yumurtası) vasitəsilə yavaş-yavaş üzə çıxır.

Əsas oyunlarla yanaşı, franşizanın uydurma kainatını genişləndirən spin-off oyunları və kitablar da var. Franşiza bu günə kimi dünyanın hər yerindən fan bazası yığmağı bacarmışdır. Pərəstişkarlar fan art, fan oyun və bir çox şey hazırlayaraq oyuna olan sevgilərini göstərməkdədirlər. Seriya 2023-cü ilə qədər dünya üzrə 33,5 milyondan çox satmağa nail olmuşdur.[1]

  1. Andric·Statistics·, Dario. "How many copies did Five Nights at Freddy's sell? — 2023 statistics | LEVVVEL". levvvel.com (ingilis). 2023-03-20. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-22.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy